Problemli kreditlərin həcmi son bir ildə 16,5 faiz azalıb

2019.08.30 15:50 (UTC+04:00)

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 1.487,4 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, bu, iyulun 1-i ilə müqayisədə 0,1 faiz çoxdur. İlin əvvəlinə nisbətən problemli kreditlər 6,2 faiz, son bir ildə isə 16,5 faiz azalıb. İyulun sonuna bankların ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,9 faiz olub. Bu göstərici iyunun sonuna 11 faiz, ötən ilin sonuna 12,2 faiz, ötən il iyulun sonuna isə 14,6 faiz təşkil edib.

Bankların iqtisadiyyata cəmi kredit qoyuluşları bu il avqustun 1-nə 13.681,4 milyon manat təşkil edib. Bu, iyunun sonuna nisbətən 1,5 faiz, ötən ilin sonuna 5,1 faiz, ötən il iyulun sonuna nisbətən isə 12,4 faiz çoxdur.