Qırğızıstan ilə ticarət dövriyyəsinin həcmində kəskin artım var

2026.03.12 10:17 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanın Qırğızıstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 3,2 dəfədən çox artaraq 2,6 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Qırğızıstan ilə ticarətin payı 0,07 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi