İyul ayının sonuna Azərbaycanda pul bazası 11 milyard 668 milyon manat təşkil edib

2019.08.30 15:30 (UTC+04:00)

İyulun sonuna Azərbaycanda pul bazası 11.668,0 mln. manat təşkil edib və bu göstərici ilin əvvəlindən 1.024,3 mln. manat və ya 9,6 faiz, son bir ildə isə 1.588,9 mln. manat və ya 15,8 faiz artıb. Mərkəzi Bankdan verilən məlumata görə, cari ilin iyulun sonuna ölkədə manatla pul bazasının həcmi 10.574,3 mln. manat təşkil edib. Bu göstərici ilin əvvəlindən 1.028,6 mln. manat və ya 10,8 faiz, son bir ildə isə 1.685,4 mln. manat və ya 19 faiz artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.