AMB-nin beynəlxalq ehtiyatları son bir ildə 415,9 milyon dollar artıb

2019.08.30 15:10 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq ehtiyatları bu ilin iyul ayının sonuna 5.962,8 mln. ABŞ dolları təşkil edib. AMB-dən verilən məlumata görə, bu göstərici ilin əvvəlindən 337,1 mln. dollar və ya 6 faiz, son bir ildə isə 415,9 mln. dollar və ya 7,5 faiz artıb.

Qeyd edək ki, beynəlxalq ehtiyatlar mərkəzi banklar tərəfindən ödəniş vasitəsi kimi qəbul olunan valyuta ehtiyatlarıdır. Bu ehtiyatlar qızıl və ya digər valyutalar şəklində ola bilər. Beynəlxalq ehtiyatlar, həmçinin, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün də istifadə olunur.