Vergilər naziri və müavinlərinin qəbul günləri açıqlandı

2019.08.30 12:10 (UTC+04:00)

Cədvələ əsasən, Vergilər naziri Mikayıl Cabbarov sentyabrın 13-də Şamaxı şəhərində Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinlərini qəbul edəcək.

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Beyləqanda vətəndaşları qəbul edəcək. Sentyabrın 20-də keçiriləcək qəbulda Beyləqan, İmişli, Füzuli, Ağcabədi, Xocavənd, Laçın rayonlarının sakinləri iştirak edə biləcəklər.

Vergilər nazirinin müavini Sahib Ələkbərov sentyabrın 20-də Qazaxda vətəndaşların müraciətlərini araşdıracaq. Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının sakinləri iştirak edə bilərlər.

Vergilər nazirinin müavini Mətin Eynullayev isə sentyabrın 23-də Cəlilabadda vətəndaşları qəbul edəcək. Görüşdə həmin rayonla yanaşı, Lənkəran Astara, Lerik, Masallı və Biləsuvar sakinləri iştirak edəcəklər.