İctimai iaşə dövriyyəsində müsbət dinamika davam edir

2026.03.10 10:47 (UTC+04:00)

2026-cı ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,6 faiz artaraq 219,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,3 faizi hüquqi şəxslərin, 49,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 109,1 milyon manat olub.