Moldova ilə iqtisadi-ticarət əlaqələrinin inkişafı müzakirə olunub

2026.03.06 19:50 (UTC+04:00)

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə görüşüb.

Tərəflər iqtisadi-ticarət, enerji və digər sahələrdə əməkdaşlığın dərinləşdiyini vurğulayıblar. Bildirilib ki, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər ölkələrimiz arasında əlaqələrin genişlənməsinə və tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

Kənd təsərrüfatı, enerji, İKT və s. sahələrə investisiya perspektivlərinin olduğu qeyd edilib, sərmayə mühiti və biznes imkanları, həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verilib.

Görüşdə investisiya imkanlarının araşdırılması, perspektivli sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub, iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin önəmi vurğulanıb.