2025-ci il ərzində istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət istiqamətində 8645 istehlakçı müraciətinə baxılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, baxılan müraciətinin 48,8 faizi qeyri-qida, 39,8 faizi xidmət, 4,8 faizi qida, 6,6 faizi isə digər sahələrlə bağlı olub.