Azərbaycan banklarının xarici öhdəlikləri bu il avqustun 1-nə 1.471,2 milyon manat təşkil edib. Mərkəzi Bankın yaydığı məlumata görə, bu, iyulun 1-i ilə müqayisədə 29,4 milyon manat və yaxud 1,96 faiz azdır. Bankların xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 356,9 milyon manat və ya 19,5 faiz, son 1 ildə isə 413,1 milyon manat və yaxud 21,9 faiz azalıb. Bankların manatla olan depozitləri iyulun 1-i ilə müqayisədə 1,5 faiz artaraq bu il avqustun 1-nə 7.555,4 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 7,6 faiz, son 1 ildə isə 27 faiz çoxdur.
Xarici valyutada olan depozitlər isə bir ay ərzində 0,1 faiz artaraq avqustun 1-nə 9.455,7 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 0,6 faiz, son 1 ildə isə 0,9 faiz çoxdur.