Fransa bu il Avropa Komissiyasından ayrılan maliyyə yardımını vaxtından əvvəl alacaq

2019.08.30 13:33 (UTC+04:00)

Fransa hökuməti bu il quraqlıqla bağlı Avropa Komissiyası tərəfindən kənd təsərrüfatına maliyyə yardımı çərçivəsində aldıqları 1 milyard avroluq vəsaiti vaxtından əvvəl ödənilməsinə nail olub. Ölkənin Kənd təsərrüfatı və ərzaq naziri Didye Giyom vəsaitin oktyabrın 16-da ödəniləcəyini bildirib. O, yaz aylarından davam edən quraqlıq üzündən kəskin yem çatışmazlığına əncam çəkmək üçün əlavə ot biçmək üçün də icazə aldıqlarını söyləyib: "Fransada iqlimin istiləşməsi göz qabağındadır, özü də bu proses daha da güclənəcək".

Nazir iki ildir ard-arda baş verən quraqlığın heyvandarlıqda daha ağır fəsadlar yaratdığını, artıq bəzi fermerlərin mal-qaranı kəsib başqa sahələrlə məşğul olmaq qərarına gəldiklərini vurğulayıb. Ötənilki quraqlıqla bağlı hökumət tərəfindən fermerlərə 200 milyon avro məbləğində təzminatlar ödənildiyini xatırladan D.Giyom bu il quraqlığın daha güclü olduğu üçün daha böyük təzminatlar ödəniləcəyini güman edir.