İqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

2026.03.04 15:16 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Toğrul Yaqublu və Təbriz Əmmayevlə Mentorluq proqramı çərçivəsində görüşlər keçirib.

Görüşlərdə proqram çərçivəsində qaliblərin qazandıqları təcrübə və bacarıqlar, fərdi inkişaf planı, eləcə də perspektiv imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Müsabiqə qalibləri ölkəmizdə həyata keçirilən layihələrin idarə edilməsində maraqlı olduqlarını, “Yüksəliş” müsabiqəsinin onların şəxsi inkişafında praktik bilik və təcrübə qazanmaq baxımından faydalı olduğunu qeyd ediblər.

Qaliblərin bacarıq və səriştələrinin daha da təkmilləşdirilməsi üçün tövsiyələr verilib və onlara gələcək karyera yolunda uğurlar arzulanıb.