Azərbaycanda geniş pul kütləsinin həcmi 25.642,3 milyon manata yüksəlib

2019.08.30 11:51 (UTC+04:00)

Bu ilin iyul ayının sonuna Azərbaycanda geniş pul kütləsinin həcmi 25.642,3 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 358,1 mln. manat və ya 1,4 faiz çoxdur. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, ilin əvvəlindən bu göstərici 1.581,9 mln. manat və ya 6,6 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 2.914,3 mln. manat və ya 12,8 faiz artıb. İyulun sonuna ölkədə manatla geniş pul kütləsinin həcmi 16.182,2 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 347,9 mln. manat və ya 2,2 faiz, ilin əvvəlindən 1.538,6 mln. manat və ya 10,5 faiz, son bir ildə isə 2.535 mln. manat və ya 21,2 faiz artıb.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.