Yanvarda 8,2 milyon dollarlıq alma ixrac edilib

2026.03.04 18:25 (UTC+04:00)

Bu ilin yanvar ayında ölkədən təqribən 8,2 milyon ABŞ dolları dəyərində 10,9 min tondan çox alma ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 19,5 faiz, həcmi isə 1,9 faiz artıb.

Cari ilin ilk ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,37 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,05 faizə bərabər olub.