Ötən ay 843,6 min kvadratmetr tikinti şüşəsi istehsal olunub

2026.03.03 10:16 (UTC+04:00)

Bu ilin yanvar ayında ölkədə 843,6 min kvadratmetr tikinti şüşəsi istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 8,3 faiz artıb.

2026-cı ilin fevral ayının 1-nə hazır məhsul ehtiyatı 1 944,9 min kvadratmetr təşkil edib.