“bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə şirkətlə əməkdaşlığın gündəliyində olan fəaliyyət istiqamətlərini nəzərdən keçirdik.
Şirkət ilə birgə layihələrin səmərəliliyinin artırılması, yaşıl enerji sahəsində ortaq təşəbbüslər, iş proseslərinin qlobal sənaye standartlarına uyğun təkmilləşdirilməsi, neft-qaz əməliyyatlarında karbonsuzlaşma və innovativ metodların tətbiqi ilə real dəyərin yüksəldilməsi barədə müzakirələr apardıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.