Göyçay, Ağdaş, Zərdab, Kürdəmir və Ucar rayonları sakinlərinin nəzərinə!
Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev 12 mart 2026-cı il tarixində saat 11:00-dan etibarən 9 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Göyçay şəhəri, Əli Kərim küçəsi, 112a) Göyçay, Ağdaş, Zərdab, Kürdəmir və Ucar rayonlarının sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 2-10 mart 2026-cı il tarixlərində 9 saylı Ərazi Vergilər İdarəsinə, habelə Göyçay, Ağdaş, Zərdab, Kürdəmir və Ucar rayonları Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya DVX-nin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.