- Yeni qaydalara görə məzuniyyət haqqı necə hesablanmalıdır? İşçinin özü ödəniş məbləğini müəyyənləşdirə bilərmi?
- Əməkhaqqından həm aliment, həm də vergi tutulursa, ardıcıllıq necə olmalıdır? Dövlət Vergi Xidməti məsələ ilə bağlı izahat verib.
- Vergi və gömrük rüsumu yox, istehsala başlamaq üçün hazır şərait... Sənaye zonalarında bu şərtlərlə kimlər fəaliyyət göstərə bilər?
Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 1 mart 2026-cı il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədr müavini Aqil Əzizov Günel Bəhramqızının suallarını cavablandırıb.