Bankların cəmi aktivləri 56,9 milyard manatı ötüb

2026.02.27 15:17 (UTC+04:00)

2026-ci ilin yanvar ayının 31-nə ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 56 935,8 milyon manat, cəmi öhdəlikləri 49 528,7 milyon manat, balans kapitalı isə 7 407,1 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünə nisbətdə bankların cəmi aktivləri 7,2 faiz, cəmi öhdəlikləri 6,7 faiz, balans kapitalı isə 10,7 faiz artıb.

2026-ci ilin yanvar ayında banklar 80,1 milyon manat xalis mənfəət, 155 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Yanvar ayında banklar tərəfindən ümumilikdə 32,5 milyon manat məbləğində mənfəət vergisi ödənilib.