Azərbayanda qəbul edilmiş maliyyə qaydaları qeyri-neft büdcə kəsirini azaldacaq

2019.08.30 11:12 (UTC+04:00)

"Moodys" Beynəlxalq Reytinq Agentliyi MDB ölkələri üzrə illik hesabatını açıqlayıb. Hesabatın Azərbaycanla bağlı hissəsində qeyd olunur ki, neftin qiymətinin 2016-cı ildə kəskin ucuzlaşması Azərabycan manatına da təsirsiz ötüşmədi. Bu təsir nəticəsində manat dollarlaşmış bank sistemində təzyiqlə üzləşdi ki, bu, bank nəzarəti sahəsində islahatların aparılmasına, yeni makroprudensial tədbirlərin hazırlanmasına və qanunvericilik təşəbbüslərinə təkan verdi: "Neft gəlirlərinin davamlılığını nəzərə alaraq iqtisadi diversifikasiya məqsədilə Azərbaycan hökuməti təşəbbüsünü yenilədi. 2016-cı ildə Azərbaycandakı durğunluğa baxmayaraq, yaxın zamanlarda qəbul edilmiş maliyyə qaydaları siyasətin proqnozlaşdırılmasını artıracaq, qeyri-neft büdcə kəsirini azaldacaq".