BƏƏ ilə ticarət dövriyyəsinin ümumi həcmi artıb

2026.02.26 15:00 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 32,9 faiz artaraq 13,3 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində BƏƏ ilə ticarətin payı 0,37 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi