Bu ilin yanvar ayında ölkədən 570 min ABŞ dolları dəyərində 61,2 tondan çox çay ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 20,9 faiz, həcmi isə 18,6 faiz artıb.
Cari ilin ilk ayında çayın ümumi ixracda xüsusi çəkisi 0,03 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,21 faizə bərabər olub.