Ötən ay 2,3 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub

2026.02.25 12:24 (UTC+04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycanda 2,3 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə istehsal dəyəri 2,8 dəfə artıb.

Cari ilin ilk ayında 1 050,8 min manatlıq dərman istehsal olunub ki, bu da illik ifadədə 2,7 dəfə çoxdur. Bu ilin fevral ayının 1-nə 569 min manatlıq hazır məhsul ehtiyatı olub.