İsveçrə ilə ticarət dövriyyəsində müsbət dinamika mövcuddur

2026.02.25 11:21 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 75,4 faiz artaraq 48,6 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində İsveçrə ilə ticarətin payı 1,37 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi