Azərbaycan UNESCAP tərəfindən təşkil olunan Forumda təmsil olunur

2026.02.24 17:41 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Banqkok şəhərində dayanıqlı inkişafa həsr olunmuş 13-cü Regional Forumu öz işinə başlayıb.

Tədbirdə Azərbaycan Forumun İdarəedici Bürosuna üzv seçilib. Ölkəmizi Forumun sədr müavini qismində iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov təmsil edir.

Tədbirdə 40-dan çox ölkədən 1200-dən çox dövlət rəsmisi, beynəlxalq təşkilat, özəl sektor və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edir. Forumda Asiya və Sakit Okean regionu ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində mövcud çağırışlar, prioritetlər və əməkdaşlıq imkanları müzakirə olunur.