Bu ilin ilk ayında 2,2 milyon dollarlıq mis məmulatları ixrac edilib

2026.02.24 14:35 (UTC+04:00)

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar ayında ölkədən təqribən 2,2 milyon dollar dəyərində 263,9 tondan çox mis və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 74,1 faiz, həcm baxımından isə 34,5 faiz çoxdur.

Ümumilikdə cari ilin ilk ayında ölkədən dəyəri 251,96 milyon dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 10,3 faiz üstələyir.

Hesabat dövründə mis və ondan hazırlanan məmulatlar ixracının xüsusi çəkisi 0,87 faizə bərabər olub.