Polşa İnvestisiya və Ticarət Agentliyinin ölkəmizdəki nümayəndəliyi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərini 19-22 sentyabr 2019-cu il tarixlərində Polşada keçiriləcək "Agro Show" beynəlxalq sərgidə iştirak etməyə dəvət edib. Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata görə, sərgidə iştirakla bağlı müraciətlər Polşa İnvestisiya və Ticarət Agentliyi tərəfindən qəbul olunur.
Qeyd edək ki, "Agro Show" sərgisi 1999-cu ildən Polşanın Kənd Təsərrüfatı Maşınları və Avadanlığı Palatası tərəfindən təşkil edilir. Sərgi müasir kənd təsərrüfatı maşın və avadanlıqlarının nümayiş olunduğu platforma kimi tanınır. Hər il sərgidə 800-ə yaxın şirkət və 140 minədək fermer iştirak edir.