Bu ilin yanvar ayında ölkənin mədənçıxarma sənayesində 1 337,5 ton mis konsentratı hasil edilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə hasilatın həcmi 6,1 dəfə və ya 1 117,2 ton artıb.
Bu ilin fevral ayının 1-nə hazır məhsul ehtiyatı 2 938,2 ton təşkil edib.