Yanvarda pərakəndə elektron ticarət dövriyyəsi 60 faizədək artıb

2026.02.23 17:14 (UTC+04:00)

Bu ilin yanvar ayında ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 35 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə real ifadədə 59,8 faiz çoxdur.

Qeyd edək ki, hesabat dövründə ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 5,3 milyard manat olub ki, onun da 0,66 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb.