Bu ilin yanvar ayı ərzində ölkədən 2,9 milyon ABŞ dolları dəyərində 1,8 min tona yaxın tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2025-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə ixracın dəyəri 36 faiz, həcmi isə 15,4 faiz artıb.
Cari ilin ilk ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,13 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,09 faizə bərabər olub.