Ötən ay Gürcüstan ilə ticarət dövriyyəsinin həcmi artıb

2026.02.23 10:26 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanın Gürcüstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 6,6 faiz artaraq 77,8 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Gürcüstan ilə ticarətin payı 2,2 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi