Azərbaycan yanvar-iyul aylarında Bakı-Tbilisi-Ceyhan kəməri ilə 142,17 milyon barelə yaxın neft nəql edib

2019.08.29 14:59 (UTC+04:00)

Bu ilin yeddi ayında Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 142,17 mln. barelə yaxın neft nəql edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,6 faiz azdır. "BOTAŞ" şirkətinin məlumatina görə, ötən ilin yanvar-iyul aylarında kəmər vasitəsilə Türkiyə ərazisindən 147,43 mln. barelə yaxın neft nəql edilib. BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil olunan neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə Orta Asya istehsalçılarının nefti də Türkiyə ərazisinə göndərilir.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.