Sınaq müddəti müəyyən edilməyən hallar hansılardır?

2026.02.18 14:00 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin izahına görə, əmək müqaviləsi bağlanılarkən sınaq müddəti aşağıdakı hallarda müəyyən edilmir:

- Yaşı 18-dən az olan şəxslərə;

- Müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlara;

- Hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

- Təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;

- Ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;

- İki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;

- Tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda.