Ötən ay İndoneziya ilə ticarət dövriyyəsi artıb

2026.02.18 10:49 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilə nisbətdə 11,6 dəfə artaraq 19,8 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində İndoneziya ilə ticarətin payı 0,56 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi