Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan terminalından 3,29 mlrd. barelə yaxın neft yola salınıb. BIL-dən APA-ya verilən məlumata görə, hesabat dövründə terminalda 4.283 tanker yüklənilib. Bu il Ceyhan neft terminalından ümumilikdə 159,15 mln. barel neft və 198 tanker yüklənilib.
Qeyd edək ki, bu ilin iyulun 22-dən avqustun 29-dək terminalda 29 tanker yüklənilib. Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.