"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2026.02.17 12:23 (UTC+04:00)

- Elektron ticarətdə yeni qaydaların tətbiqi gözlənilir. Azərbaycanda xidmət göstərən xarici şirkətlər hansı halda ƏDV-yə cəlb olunacaq?

- Şübhəli əməliyyatlarla bağlı məlumatların təqdim olunması kimlərin öhdəliyidir? Bu tələblərə əməl edilmədikdə hansı məsuliyyət nəzərdə tutulur?

- İşğaldan azad olunmuş ərazilərdə kimlər icarəyə torpaq götürə bilər?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 15 fevral 2026-cı il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firudin Tağıyev Günel Bəhramqızının suallarını cavablandırıb.