Avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 60 faizi ötüb

2026.02.16 16:24 (UTC+04:00)

Bu ilin yanvar ayı ərzində ölkəyə 91,7 milyon ABŞ dolları dəyərində 4,5 mindən çox hibrid avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 26,7 faiz, say baxımından isə 25,4 faiz üstələyir.

Ümumilikdə cari ilin ilk ayında ölkəyə təqribən 176,5 milyon dollar (+27 faiz) dəyərində 7,6 minə (-0,9 faiz) yaxın nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 60,38 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 12,7 faiz bəndi çoxdur.