Yanvarda 80 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac edilib

2026.02.16 15:15 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycandan 79,68 milyon dollar dəyərində 60,7 min tona yaxın meyvə və tərəvəz ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 31,7 faiz, həcmi isə 4,5 faiz artıb.

Cari ilin ilk ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 3,56 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 29,69 faizə bərabər olub.