2026-cı ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 113 805,1 min manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 1,3 faiz artaraq 240,9 manat təşkil edib.
Hesabat dövründə muxtar respublikada 38 392,3 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2025-ci ilin müvafiq dövrünə nisbətdə 19,1 faiz çoxdur. Sənaye məhsulunun 29 426,1 min manatı və ya 76,6 faizi malların, 8 966,2 min manatı və ya 23,4 faizi isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 71,7 faizi emal, 26,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.