Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsi 2 dəfədən çox artıb

2026.02.16 12:39 (UTC+04:00)

2025-ci il ərzində Azərbaycanın Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilə nisbətdə 2,2 dəfəyədək artaraq 58 milyon dolları üstələyib.

Hesabat ilinin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Səudiyyə Ərəbistanı ilə ticarətin payı 0,1 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi