Mingəçevir şəhəri, Yevlax, Şəki, Bərdə və Tərtər rayonları sakinlərinin nəzərinə!
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Emil Qarayev 24 fevral 2026-cı il tarixində saat 11:00-dan etibarən 11 saylı Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında (ünvan: Yevlax şəhəri, Bakı prospekti, 4) Mingəçevir şəhəri, Yevlax, Şəki, Bərdə və Tərtər rayonları sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 16-22 fevral 2026-cı il tarixlərində 11 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Mingəçevir şəhəri, Yevlax, Şəki, Bərdə və Tərtər rayonları Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya DVX-nin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.