Sement istehsalında artım var

2026.02.12 18:50 (UTC+04:00)

2025-ci il ərzində ölkədə 4 142,1 min ton sement istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 1,7 faiz artıb.

Bu ilin yanvar ayının 1-nə hazır məhsul ehtiyatı 261,4 min ton təşkil edib.