Avstriya ilə ticarət dövriyyəsi 68 faizdən çox artıb

2026.02.12 18:20 (UTC+04:00)

2025-ci il ərzində Azərbaycanın Avstriya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilə nisbətdə 68,3 faiz artaraq 232 milyon dolları üstələyib.

Hesabat ilinin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Avstriya ilə ticarətin payı 0,46 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi