Ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 4 faizədək artıb

2026.02.11 18:50 (UTC+04:00)

2026-cı ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 5,3 milyard manatlıq, o cümlədən 2,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.

Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 515,7 manatlıq, o cümlədən 278,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 237,1 manatlıq qeyri-ərzaq malları alıb.