İstehlak qiymətləri indeksi açıqlanıb

2026.02.11 12:26 (UTC+04:00)

2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilin yanvar ayına nisbətən 105,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,1 faiz, qeyri-qida məhsulları üzrə 103,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz təşkil edib.

2026-cı ilin yanvar ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,3 faiz təşkil edib.