TAP kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması üçün bir milyard avro tələb olunur

2019.08.29 11:20 (UTC+04:00)

Trans Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürmə qabiliyyətini 10 milyard kubmetrdən 20 milyard kubmetrədək artırmaq üçün 1.035 mln avro tələb olunacaq. Konsorsiumdan təqdim olunmuş materiallarda qaz kəmərinin 4 genişləndirilmə mərhələsi göstərilib. Bu, aşağıdakılardır:

Kəmərin gücü (mlrd. kubmetr)

Təxmin edilən genişləndirmə xərcləri (mln. avro)

10,0

-

11,8

180

14,4

505

16,4

705

20,0

1.035

Məlumata əsasən, kəməri mövcud konfiqurasiyadan (illik 10 milyard kubmetr) yuxarıda göstərilən hər bir həcmədək genişləndirmək üçün minimum 3 illik icra müddəti nəzərə alınmalıdır. Bəzi qurğuların (misal üçün, kompressorların) əvvəlcədən sifariş edildiyi təqdirdə, tətbiq müddəti minimum 2 ilədək azaldıla bilər. Qeyd edək ki, göstərilən qabiliyyətlər boru kəməri boyunca aralıq əlaqə (qoşulma) nöqtələrini nəzərdə tutmur.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil edilən qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.