2025-ci ildə haqsız rəqabət halları ilə bağlı 75 təsərrüfat subyekti barədə araşdırma aparılıb

2026.02.10 17:13 (UTC+04:00)

2025-ci il ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən haqsız rəqabət halları ilə bağlı 75 təsərrüfat subyekti barədə araşdırma aparılıb.

Dövlət Agentliyinin məlumatına görə, haqsız rəqabət hərəkətləri ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə 28 iş qaldırılıb. 23 təsərrüfat subyekti tərəfindən rəqabət qanunvericiliyinin pozulması halı könüllü aradan qaldırılıb.

Rəqabət mədəniyyətinin təşviqi, sahibkarlar arasında bərabər imkanların təmin olunması dayanıqlı biznes mühitinin formalaşmasına və iqtisadi səmərəliliyin artırılmasına şərait yaradır.