Ötən il ölkədən 68,7 milyon dollarlıq neft koksu ixrac edilib

2026.02.10 18:10 (UTC+04:00)

2025-ci il ərzində ölkədən 68,7 milyon dollar dəyərində 217,2 min tondan çox neft koksu ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyər və həcm ifadəsində müvafiq olaraq 3,8 dəfə və 3,4 faiz çoxdur.

Hesabat ilində neft koksunun ümumi ixracda xüsusi çəkisi 0,27 faizə bərabər olub.