Betondan yığma tikinti konstruksiyalarının istehsalında artım qeydə alınıb

2026.02.10 17:46 (UTC+04:00)

2025-ci il ərzində ölkədə 120,1 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 2,6 dəfə və ya 73,8 min kubmetr artıb.