İstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı?

2026.02.12 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən, əsas vəsaitlər - istifadə müddəti bir ildən, dəyəri 500 manatdan çox olan, amortizasiya edilməli olan maddi aktivlərdir.

Vergi Məcəlləsinin 198.2-ci maddəsinə görə, müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.
Sorğuya cavab olaraq bildirilib ki, konservasiya edilmiş əsas vəsaitlər (vergi ödəyicisinin əvvəllər gəlirin əldə edilməsi prosesində istifadə etdiyi, lakin sonradan gəlirin əldə edilməsi prosesində istifadəsi dayandırılaraq anbarda saxlanılan əsas vəsaitlər), istismara verilməmiş anbarda olan əsas vəsaitlər amortizasiya olunmur. Bu səbəbdən, əsas vəsait hesab edilmədiyi üçün onlara əmlak vergisi hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 13.2.17, 114.2.7,114.2.10 və 202-ci maddələri