Aktiv vergi ödəyicilərinin sayı artır

2026.02.09 16:21 (UTC+04:00)

1 fevral 2026-cı il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,2 faiz artaraq 861.488, aktiv ƏDV ödəyicilərinin sayı isə 1 faiz artaraq 58.985 təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 0,6 faiz artıb və 234.098 min olub.